“Rus kuklası”na görə Bakını küsdürməyin! – Amerikalı ekspert

Amerikalı siyasi analitik Həmdi Rifahi Ceyms Obrayenin Azərbaycanla bağlı bəyanatına münasibət bildirib. 

Globalinfo.az xəbər verir ki, H.Rifahi ABŞ diplomatlarının artıq Azərbaycanda xoş qarşılanmadığını deyib.

“Biz Rusiyanın kuklası Ermənistanın istəyi ilə dostumuz Azərbaycanı tənqid edəndə belə olur. ABŞ-ın xarici siyasəti kənar maraqlara görə manipulyasiya edilir ki, bu da dünyadakı nüfuzumuza zərbə vurur”, – analitik qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az