Rusiya muharibe 700x403 1

“Rusiya üçün ölməyə hazıram”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı məşhur aktyor Stiven Siqal deyib.

O bildirib ki, Rusiya uğrunda döyüşmək üçün müharibəyə könüllü getməyə hazırdır.

Siqal Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Məktubda deyilir: “Ölkəni müdafiə etmək istəyi sədaqət və vətənpərvərliyin güclü simvoludur”.

Xatırladaq ki, Hollivud ulduzu Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb, bir neçə ildən sonra Rusiya Xarici İşlər Nazirliyinin humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi olub.

Bundan əvvəl Siqalın Donetsk vilayətinə səfər etdiyi və orada əsir götürülən Ukrayna əsgərləri ilə görüşdüyü bildirilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: