AMEA-da Nobel mükafatı ilə bağlı konfrans keçiriləcək

AMEA Rəyasət Heyətinin iclasında bu ilin sentyabr ayında Nobel mükafatına həsr olunmuş “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda elmi konfransın keçirilməsi qərara alınıb.

Globalinfo.az xəbər verir ki, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.

Diqqətə çatdırılıb ki, bu konfransı keçirməkdə əsas məqsəd ölkəmizdə elmi tədqiqatların Nobel mükafatının yüksək reytinqlərinə doğru istiqamətləndirməkdən, Azərbaycan alimlərinin beynəlxalq layihə, qrant və mükafatlara dair müsabiqələrdə daha fəal iştirakını təşviq etməkdən ibarətdir.