Alonso “Qarabağ”la matçdan danışdı

“Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Bakıda “Qarabağ”la heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: “Sabahdan Bundesliqanı düşünəcəyik”.

Alonso “Qarabağ”ın güclü kollektiv olduğunu söyləyib: “Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi”.

O, “köhlən atlar”ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: “Azərbaycan futbolu deyəndə ağlıma “Qarabağ” gəlir. Onlar uzun müddət avrokuboklarda çıxış edirlər. Çempionlar Liqasında “Atletiko” ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür”.