yohann vadeful 1754740339

Almaniyanın xarici işlər naziri Yohan Vadeful iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazının dərhal açılmasını və İranın nüvə silahlarından imtina etməsini tələb edib.

Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Y.Vadeful X hesabında məlumat verib.

Nazir Almaniyanın danışıqlarla həll yolunu dəstəklədiyini vurğulayıb:

ABŞ-ın yaxın müttəfiqi olaraq, biz eyni məqsədi bölüşürük: İran nüvə silahlarından tamamilə və təsdiqlənə biləcək şəkildə imtina etməli və ABŞ dövlət katibi Marko Rubionun da tələb etdiyi kimi Hörmüz boğazını dərhal açmalıdır”.

Paylaş: