Albaniya parlamentində gərginlik: bomba atıldı – FOTO

Albaniya parlamentində müxalifətdən olan deputatlar ölkənin 2024-cü il büdcəsinin müzakirə olunduğu sessiyaya mane olmağa çalışıblar.

Globalinfo.az xəbər verir ki, müxalifət deputatları məclisin kürsülərinin qarşısına, tam mərkəzə stulları üst-üstə qoyub, tüstü bombaları atmağa başlayıblar.

Nəticədə sessiyanın keçirildiyi salonda yanğın başlayıb. İclas cəmi 5 dəqiqə çəkib, büdcənin təsdiqlənməsi ilə bağlı keçirilən səsvermədə 140 deputatdan 73-ü lehinə səs verib.

Yaranan gərginlik səbəbindən sessiya təxirə salınıb.

Arnavutluk Meclisi'nde gergin anlar! Muhalefet milletvekilleri sis bombası attı - Resim: 9

Əliyar Xəlil
Globalinfo.az