4a17fc3e 53e5 4314 ac07 17a4ad668bd4

Ukraynaya əsir düşmüş çeçenləri xilas etmək niyyətində deyilik.

Globalinfo.az xəbər verir ki, bunu “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov deyib.

O bu sözlərinin könüllü əsir düşənlərə aid olduğunu bildirib. Alaudinov Ukrayna xüsusi xidmət orqanlarının əsir düşənlərə ailələrinə zəng etməyə imkan yaratdığını, amma bunun vasitəsilə ona mesaj göndərdiklərini söyləyib:

“Çeçenlər əsir düşməyi ən böyük biabırçılıq sayıblar. Bunu ancaq qanla təmizləmək olar”.

Alaudinov bu hərbçilərə hörmət etmədiyini və onları həyatlarına son qoymağa çağırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: