Akar: “Gələcək həm təhlükəsizlik, həm də rifah baxımından çox daha yaxşı olacaq”

 

“Azərbaycan 30 ildən bəri işğal altında olan trorpaqlarını azad etmək üçün mübarizəsini tamamlayıb”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Cəbrayılda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib ki, “torpaqların bərpa edilməsi, öz yurdlarından didərgin düşən azərbaycanlı qardaşlarımızın evlərinə dönməsi bizlərə böyük bir məmnuniyyət duyğusu yaşadır”:

“Müharibə bitdikdən, təhlükəsizlik tam təmin edildikdən sonra da iqtisadi müharibə başlayır. Bunlarla əlaqədar heyvandarlıq, əkinçiliyin inkişaf etdirilməsi, yol, körpü tikintisinin sürətlə aparıldığını da görürük. Hər zaman dediyim kimi Azərbaycan tək deyil. Biz iki dövlət, tək millətik. Bunun da fərqində olaraq Türkiyə və Azərbaycan çiyin-çiyinə, qol-qola tək ürək, tək bilək olaraq çalışmalarımızı davam etdiririk. Bundan sonra da gələcək həm təhlükəsizlik, həm də rifah baxımından çox daha yaxşı olacaq. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin öndərliyi bizlər üçün əsasdır”.