qohum

ABŞ sakini Karlo Arko ömrü boyu arzuladığı istəyini həyata keçirərək başqa ölkədə yaşayan doğma ailəsini tapıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “People” nəşri yazıb.

“Karlo Arko 1952-ci ildə İtaliyanın Turin şəhərində anadan olub. Doğma ailəsi onu körpə yaşlarında tərk edib. O, əvvəlcə dini müəssisədə yaşayıb, daha sonra isə amerikalı ailə tərəfindən övladlığa götürülüb.

66 yaşında insult keçirən Arkonun səhhəti pisləşməyə başlayanda o, həyat yoldaşına ən böyük arzusunun bioloji qohumlarını tapmaq olduğunu deyib. Həyat yoldaşı ona DNT testi verməyi təklif edib.

DNT testi sayəsində Arko Siciliya adasında yaşayan, özü barədə heç nə bilməyən 67 yaşlı doğma qardaşı Ancelo Yuppanı tapıb. Əvvəlcə şübhə ilə yanaşan Yuppa videoda Karlonu görəndən sonra onun həqiqətən qardaşı olduğuna əmin olub. Çünki Arko atalarına çox bənzəyirmiş” – deyə bildirilib.

Araşdırmalar nəticəsində Karlo Arko İtaliyada təxminən 50 qohumunu tapmağa müvəffəq olub.

Lakin onun İtaliyaya səfər etmək arzusu reallaşmayıb. Arko 71 yaşında vəfat edib.

Onun ölümündən sonra həyat yoldaşı və qızı Siciliyaya gedərək qohumları ilə görüşüb, həmçinin Arkonun doğulduğu yerləri ziyarət ediblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: