
Avropa İttifaqı Şurası Satu Koivunu Ermənistandakı Monitorinq Missiyasının rəhbəri təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haykakan Zamanak” məlumat yayıb.
Yeni rəhbərin vəzifəsinin icrasına 20 fevralda başlayacağı və Markus Ritteri əvəz edəcəyi bildirilir.
Məlumata görə, Satu Koivu 35 ildən çox milli və beynəlxalq təcrübəyə malik yüksək rütbəli Finlandiya polis zabitidir. Təyin olunmazdan əvvəl o, Finlandiya Milli Polis Agentliyində İnsan Resursları şöbəsinin rəisi vəzifəsində çalışıb.
Əliyar Xəlil
Globalinfo.az