Aİ bayraqlı maşınlar Gorusda döyüş mövqeyinə gəldilər – VİDEO

6793e66422eaf6793e66422eb017377460206793e66422ead6793e66422eae

24.01.2025-ci il tarixində günorta saatlarında 4 nəfərin üzərində Avropa İttifaqının bayrağı olan 2 ədəd “Toyota Land Cruiser LX” markalı avtomobildə Ermənistanın Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə gələrək əraziyə baxış keçirməsi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, APA həmin şəxslərin ərazini müşahidə etmələrinin görüntüsünü əldə edib.

Görüntünü təqdim edirik: