Ağstafada partlayış: ölən var

Ağstafada evdə partlayış baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.