Ağır yaralı əsirləri Rusiyaya təhvil verdik – Ukraynadan AÇIQLAMA

Ukrayna vəziyyəti ağır olan, daşınması mümkün olan yaralı əsirləri Rusiyaya təhvil verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Hərbi Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahından məlumat verilib.

“Beynəlxalq öhdəliklərə əməl edərək, Cenevrə Konvensiyalarının 109-114-cü maddələrinə uyğun olaraq və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə Ukrayna ağır yaralı və ağır xəstə olan əsir götürülmüş işğalçıları birtərəfli qaydada Rusiya tərəfinə təhvil verib. Bu halda söhbət əsirlərin dəyişdirilməsindən yox, məhz repatriasiyadan gedir: ağır yaralı əsilərin beynəlxalq humanitar hüquqda nəzərdə tutulduğu kimi heç bir şərt olmadan geri qaytarılması” – deyə, bəyanatda deyilir.

Qərargahdan verilən məlumata görə, bütün ağır yaralı girovlar Rusiya tərəfinə təhvil verilib. Onların dəqiq sayı göstərilmir. Rusiya rəsmiləri hələlik bununla bağlı açıqlama verməyib.