f903f01f afbf 442a af2b 580147131e91

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2-5 iyun tarixlərində “Nəqliyyat və Logistika – 2025’’ (Transport Logistic 2025) beynəlxalq sərgisində iştirak edir.

Globalinfo.az xəbər verir ki, ADY Almaniyanın Münhen şəhərində təşkil olunmuş nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunur.

Stenddə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumatlar təqdim olunur.

ADY sədri Rövşən Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.

Çinin Dəmiryol Konteyner Daşımaları Korporasiyasının (“China Railway Container Transport Corp.” – CRCT) prezidenti Yanq Binlə baş tutan görüşdə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələri müzakirə olunub, bu xüsusda aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyəti qeyd olunub.

Həmçinin Orta Dəhliz üzrə konteyner blok-qatarlarının artırılması ilə bağlı atılacaq addımlar, Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı fikir mübadiləsi aparılıb. CRCT-nin Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol qurumları arasında təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəyə qoşulmasının Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Rövşən Rüstəmov Çinin digər aparıcı logistika şirkəti “Beijing Trans Eurasia International Logistics”in icraçı direktoru Uansu Donqla da görüşüb, bu şirkətin Çindən Avropaya və əks istiqamətdə blok-qatarların göndərilməsi üzrə ADY ilə əməkdaşlığı genişləndirmək barədə təklifləri müzakirə edilib, həmçinin Orta Dəhlizlə yükdaşımaların artırılması ilə bağlı qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.

Sərgi çərçivəsində ADY sədri həmçinin Bolqarıstanın Burqas Limanının baş direktoru Boris Balev və Almaniyanın Hamburq Limanında fəaliyyət göstərən “HHLA International GmbH” şirkətinin rəhbərliyi ilə Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarının səmərəli təşkili üçün regional limanlar arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Almaniyanın “Rhenus Group” və Avstriya Dəmir Yollarının (ÖBB) “ÖBB Rail Cargo Group” şirkətlərinin rəhbər heyəti ilə baş tutmuş görüşlərdə isə Çin–Avropa–Çin nəqliyyat bağlantısı ilə Azərbaycan üzərindən yükdaşımaların daha səmərəli təşkili üçün görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı həmçinin Azərbaycanın Şərq-Qərb bağlantısında mühüm qovşaq kimi aparıcı rolu, nəqliyyat infrastrukturunun, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryol xəttinin perspektivləri diqqətə çatdırılıb.

100a8123 d2f8 46cd a4c6 95a82c452081 a3a713be ec18 4c2f 99f7 cebbdead3fb4 6c0cf750 0b24 47d6 b14d d86e5e3aae4b 46218882 38bc 4c4a aed3 fe84a1a6d224 a5aa5c13 5346 4ebd 8df5 72a64c71a41e 91d22913 6ff0 4b51 84a6 e83d3e2a1fdc 1

Paylaş: