ADA Universitetində jurnalistlər üçün təlim keçirildi – FOTOLAR

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 27-28 sentyabr 2023-cü il tarixlərində “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər mənbələri: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlim keçilib.

Globalinfo.az bildirir ki, təlim iştirakçılarını salamlayan Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanın xarici siyasət gündəmində baş verən hadisələrə, regionun yeni reallıqlarına, dövlətimizin qazandığı tarixi uğurlara diqqət çəkərək, bütün qeyd olunan nüansların yerli və beynəlxalq auditoriyaya çatdırılmasının və bu istiqamətdə ixtisaslaşan media nümayəndələrinin praktiki bacarıqlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə MEDİA Agentliyi ilə birlikdə mövcud ehtiyaclara hesablanan və müxtəlif mövzularda təşkil edilən təlim proqramlarının müsbət nəticələrini, eyni zamanda məhz hazırki mövzunun son zamanlarda baş verən hadisələrlə əlaqədar  daha da önəm kəsb etdiyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev “Xarici siyasətdə medianın rolu: 44 günlük Vətən müharibəsində və son lokal anti-terror tədbirlərində yerli və xarici medianın fəaliyyəti; Dövlət kommunikasiyası”, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və ADA Universitetinin prorektoru, Diplomatiya və İnkişaf İnstitutunun direktoru Fariz İsmayılzadə “Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzularında çıxış ediblər. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Bir 3 nəfər şəkili ola bilərBir 2 nəfər, xəbər otağı və mətn şəkili ola bilərBir 1 nəfər, platforma və mətn şəkili ola bilərBir 11 nəfər, dərs oxuyan insanlar, cədvəl, işıqlandırma və xəbər otağı şəkili ola bilərBir 9 nəfər, dərs oxuyan insanlar və cədvəl şəkili ola bilərBir 1 nəfər, platforma, xəbər otağı və bunu deyən yazı "ADA" şəkili ola bilərBir 2 nəfər, platforma və mətn şəkili ola bilərBir 2 nəfər, platforma və mətn şəkili ola bilərBir 2 nəfər, platforma, xəbər otağı və mətn şəkili ola bilərBir 2 nəfər, platforma, xəbər otağı və mətn şəkili ola bilər