Ad günündə “sürpriz” hədiyyə partladı, Zalujnının köməkçisi öldü

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakov qumbaranın partlaması nəticəsində öz ad günündə ölüb.

Globalinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Kiyev yaxınlığında Çaiki kəndində baş verib.

Belə ki, 39 yaşlı hərbçi yaşadığı evə gəlib və ona verilən hədiyyə paketlərini açıb. Bağlamalardan birini açarkən içərisində olan qumbara partlayıb. Partlama nəticəsində o dünyasını dəyişib, 13 yaşlı oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı köməkçisinin ölümünü təsdiqləyib.

Zalujnı köməkçisinin 4 övladı olduğunu da qeyd edib.

Faktla bağlı araşdırma aparılır.