Burada Fələstin bayrağı qaldırıldı – Gözlənilməz

ABŞ-ın ən böyük şəhərlərindən San-Fransiskoda yerləşən məşhur “Golden Gate” körpüsündə Fələstin bayrağı asılıb. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Birləşmiş Ştatlarda davam edən Fələstinə dəstək aksiyası çərçivəsində etirazçılar “Golden Gate” körpüsünə yürüyüş ediblər.

Daha sonra bir şəxs körpünün girişində yerləşən və ABŞ bayrağının dalğalandırıldığı dirəyə qalxaraq Fələstin bayrağı asıb.

Digər etirazçılar ona dəstək olublar.

Image

Image

Ayşən Mustafa
Globalinfo.az