
Globalinfo.az xəbər verir ki, Zelenski bu fikirləri “ABC News”a verdiyi müsahibədə səsləndirib.
“Biz Bayden administrasiyası ilə Ukraynaya 20 min raketin verilməsi barədə razılığa gəlmişdik. Bu raketlər “Şahed” pilotsuz uçuş aparatlarına qarşı istifadə olunacaqdı. Ancaq indi bu raketlərin Yaxın Şərqə göndərilməsi qərarı verilib”, – o deyib.
Ukrayna lideri əlavə edib ki, Ukrayna artıq müharibənin bitməsinə çox yaxın bir mərhələdədir:
“Biz çox yaxınlaşmışıq. Artıq Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün tarixi bir ana gəlmişik. Bunu hiss edirik”, – Zelenski qeyd edib.
Zelenski ABŞ-ı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə və yardımları dayandırmamağa çağırıb.
“ABŞ-ın Ukraynaya yardımları dayandırması Rusiyanın qələbəyə şansını artıracaq, biz isə çox sayda itki verəcəyik”, – o deyib.
Aysel Əliyeva
Globalinfo.az