Bayden və Si Szinpin nüvə silahı ilə bağlı razılığa gəldi – YENİLƏNİB

ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Szinpin arasında İndoneziyada G20-nin sammiti çərçivəsində görüşü başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi internet səhifəsində bildirilib.

Qeyd olunub ki, görüş zamanı liderlər iki ölkə arasında münaqişələrin qarşısını almaq üçün iş prinsiplərinin hazırlanmasına dair razılığa gəliblər.

Bayden həmsöhbətinə bildirib ki, ABŞ və Çin arasında aktiv rəqabət bundan sonra da davam edəcək və ölkələrin münaqişələrə sürüklənməsinin qarşısını almaq üçün addımlar atılacaq.

Müzakirələr zamanı, həmçinin Ukraynadakı vəziyyətə də toxunulub və hər iki ölkə lideri Ukraynada nüvə silahının tətbiq olunması barədə təhdidlərə qarşı çıxdıqlarını bəyan edib.

Onlar nüvə müharibəsi aparılmasının mümkünsüzlüyü və qalib tərəfin olmayacağı barədə razılığa gəliblər.

***14:28

İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Szinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib.

Globalinfo.az bildirir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, bu, onların dövlət başçısı səviyyəsində ilk görüşüdür. Tərəflər arasında 2015-ci ildə görüş olub. Ancaq onda Cozef Bayden Prezident deyildi.

Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali kurort adasında G20-liyin zirvə toplantısı keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin toplantıya qatılmayacaq.