turqut efendi

Azərbaycanlı tələbə ABŞ-ın məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-ın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb.

Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib.

BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.

Paylaş: