ABŞ səfiri sərhədimizə gəldi – FOTO

ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.

“ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib”, – məlumatda qeyd olunub.

ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədinə gəlib - FOTO