kelloq 1

“ABŞ NATO-nun şərqə doğru genişlənməsini dayandırmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq “ABC News” telekanalına müsahibəsində deyib.

“Bu, Rusiyanın təhlükəsizliyi məsələsidir. NATO ilə bağlı onlara sözümüzü demişik. Digər tərəfdən, Ukraynanın bloka daxil olması müzakirə olunmur. Ən azı dörd NATO ölkəsi buna qarşıdır”, – deyə o bildirib.

Bundan əvvəl mayın 9-da Ukrayna baş nazirinin müavini Olqa Stefanişina iddia edib ki, bütün NATO ölkələri Kiyevin üzvlüyünə razılıq veriblər.

O vurğulayıb ki, rəsmi qəbul olunmuş qərar alyansın sənədlərində öz əksini tapıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: