“Birləşmiş Ştatların Ukraynaya kassetli döyüş sursatları verməsi onun Moskvadan qorxmasını və Ağ Evin zəifliyini göstərir”.
Globalinfo.az xəbər verir ki, bu barədə məşhur “Le Monde” nəşri yazıb.
Nəşr qeyd edib ki, Vaşinqtonun qərarından əziyyət çəkən ilk növbədə Ukrayna özü olacaq, çünki döyüşlər onun ərazisində gedir.
Üstəlik, bu cür yola əl atılması ABŞ-ın da hərbi arsenalında böyük itkilərin olduğunu sübuta yetirir.
“Ağ Evin zəifliyi də məhz bundadır”, – deyə nəşr bildirib.
Tamerlan Yayaqan
Globalinfo.az