Anatoli Antonov

“ABŞ Rusiya ərazisində total hibrid müharibə başladıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Səfirin sözlərinə görə, Vaşinqton NATO-dakı müttəfiqlərini öz hərbi sənaye kompleksini maliyyələşdirməyə məcbur edir. O, Rusiya hakimiyyətinin nüvə silahından istifadə edəcəyi təhdidini dilə gətirmədiyini iddia edib.

Qeyd edək ki, bundan öncə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyanat yayaraq, ABŞ-ı Ukraynaya dəstəkdən imtinaya çağırmışdı. O, Ramştayn bazasında NATO-nun Ukraynaya Rusiyaya qarşı necə savaşmaq planını verəcəyi və bunun Moskvanın məğlubiyyətinə səbəb olacağı halda Kremlin nüvə müharibəsinə başlayacağını açıqlamışdı. ABŞ tərəfi Rusiyaya belə savaşı başlatmağa imkan verməyəcəklərini elan edib.

Aqşin
Globalinfo.az

Paylaş: