ABŞ mühüm adamını İrəvana göndərdi

ABŞ-ın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono İrəvana gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb.

Məlumata görə, o, İrəvanda TŞ-nin sədri Armen Qriqoryanla görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münasibətləri, delimitasiya və sərhədlərin təhlükəsizliyi, eləcə də Qarabağ məsələsi olub. Görüş zamanı Ermənistan-ABŞ münasibətlərinin gündəmindəki bir sıra məsələlərə də diqqət yetirilib.

Qeyd edək ki, Bono bir müddət əvvəl Bakıda olub. Onun Azərbaycana səfəri Moskva görüşü ərəfəsində gerçəkləşib.

İlkin Həsənov
Globalinfo.az