ralet

“İranın cavab zərbələri zamanı “Sejil” ballistik raketinin yeni versiyasından istifadə etməsi ABŞ üçün böyük “sürpriz” oldu”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Krasnaya Zvezda” yazıb.

Nəşr ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının gedişatını təhlil edib.

Müəllif qeyd edib ki, 31-ci cavab zərbələri dalğası zamanı İranda “Xorrəmşəhr-4” və “Xeybər Şekan” da daxil olmaqla ağır raketlərdən istifadə olunub.

Tehran həmçinin, düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxaran uzaqmənzilli hücum dronlarına da müraciət edib.

“Lakin ABŞ komandanlığı üçün əsas sürpriz İranın hər biri 200 kiloqram ağırlığında dörd çoxsaylı döyüş başlığı olan 25 tonluq, iki mərhələli, bərk yanacaqlı ballistik raketin ən son versiyası olan “Sajjil”dən istifadə etməsi idi”.

Müəllif vurğulayıb ki, “Sejil” döyüş başlıqları yüksək dəqiqliyə malikdir. Mümkün hədəfdən yayınması təxminən 20-30 metrdir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: