ABŞ İrəvanda ermənilərin Bakı ilə bağlı ümidlərini öldürdü

ABŞ Azərbaycana sanksiya tətbiqini nəzərdən keçirmir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Bono “Azatutyun TV”yə müsahibəsində deyib.

“Hazırda sanksiya zamanı deyil. Mən hər iki tərəflə işləyib, onları sülhə gətirmək üçün buradayam. Sanksiyalar kontrproduktiv olacaq. Hazırda bu məsələ, ümumiyyətlə, nəzərdən keçirilmir”, – o bildirib.

Qeyd edək ki, Bono hazırda İrəvandadır. O, Ermənistanın rəsmi şəxsləri ilə görüşlər keçirib.

İlkin Həsənov
Globalinfo.az