“Soyuq Müharibə bitdikdən sonra başlayan ABŞ hegemonluğu bu gün sona çatdı”.
Globalinfo.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subramanyam Ceyşankar deyib.
XİN başçısı bildirib ki, dünya sürətlə dəyişir və aparıcı ölkələrin siyahısı da yenilənir:
“ABŞ-ın Soyuq Müharibə bitdikdən sonra başlayan hegemonluğu bu gün faktiki olaraq sona çatdı. Vaşinqton dünyaya münasibətdə mövqeyini dəyişib. Hindistan 10 il əvvəl ölkələrin iqtisadi inkişaf reytinqində 10-cu yerdə idi, indi isə 5-ci yerdə qərarlaşıb. Lakin 3-cü yeri tutmağı qarşımıza məqsəd qoymuşuq. Biz özümüz hər zaman dəyişikliklərin bir hissəsi olmuşuq”.
Ayşən Mustafa
Globalinfo.az