Kiyev və avropalı müttəfiqləri Vaşinqtonun bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlardan çıxa biləcəyindən narahatdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” ukraynalı rəsmilərə və onların Qərb tərəfdaşlarına istinadən məlumat yayıb.
“Bəzi insanlar düşünür ki, Rusiya ABŞ Prezidenti Donald Trampın təkliflərini qəbul edə bilər”, – nəşrin həmsöhbətlərindən biri bildirib.
O əlavə edib ki, hələlik planın gerçəkləşməsi üçün hazır bir vəziyyət yoxdur.
Avropa ölkələrindən birinin hökumət dairələrindəki başqa bir mənbə qeyd edib ki, Tramp özünü kənara çəkmək üçün bəhanə hazırlayır və nəticədə Ukrayna və Avropa vəziyyəti düzəltmək məcburiyyətində qalacaq.
Ukraynalı rəsmilərin sözlərinə görə, Kiyev Trampın danışıqlardan çıxacağı ehtimalına qarşı tədbirlər görür: silah istehsalını artırır və Avropa ölkələrindən yardımın gücləndirilməsinə dair zəmanətlər almağa çalışır.
Aysel Əliyeva
Globalinfo.az