548063e2 eb11 4e57 bccf 367542ee6562 1

İran Hörmüz boğazı ərazisində ABŞ-yə məxsus helikopteri vurub. 

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu hücuma cavab verəcəklərini deyib. O, bu barədə özünün “Truth Social” hesabında yazıb.

“Silahlı Qüvvələrimiz mənə indicə məlumat verdi ki, ötən gecə iranlılar Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı “Apache” helikopterlərimizdən birini vurublar. Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir”, – o qeyd edib.

Daha əvvəl NYT nəşri mənbələrə istinadən bildirib ki, ABŞ-nin “AH-64 Apache” zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt insidentin səbəbi açıqlanmayıb.

Paylaş: