t8Fotv9LN62832lgaMVDIY2YQnTiQviYmu3bIhyw 1200

İranın Qeşm adası yaxınlığında ABŞ hərbi qüvvələrinə məxsus olduğu iddia edilən “Apaçi” tipli hücum helikopterinin görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda helikopterin İran balıqçı qayıqlarının və Qeşm adasının sahillərinin yaxınlığında uçduğu görünür.

ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik fonunda bölgədə “Apaçi” helikopterlərinin iştirakı barədə məlumatlar daha əvvəl də yayılıb. İyunda ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında “Apaçi” helikopterinin insidentə uğradığını açıqlamışdı.

Hazırda yayılan videonun dəqiq çəkilmə vaxtı, yeri və görüntülərdəki helikopterin həqiqətən ABŞ-a məxsus olması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: