serhed0

ABŞ-ın İrəvandakı səfirliyi öz vətəndaşlarını zəruri səbəb olmadan Ermənistanın sərhədyanı rayonlarına getməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, erməni mətbuatı bu çağırışı yay turizmi mövsümü ilə əlaqədar “ənənəvi xatırlatma” adlandırıb.

Bu çağırışın əvvəlkindən fərqli olaraq daha yumşaq tərzdə edildiyi bildirilib.

“Yay mövsümü ilə əlaqədar ABŞ-ın İrəvandakı səfirliyi ABŞ vətəndaşlarına xatırladır ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişəyə görə ABŞ səfirliyinin əməkdaşları və ailələri üçün sərhədyanı ərazilərə qeyri-vacib səyahətlər qadağandır”, – məlumatda qeyd edilib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: