Ukrayna müstəqil şəkildə silah almağa başlamalıdır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisi Selesta Uollander Nümayəndələr Palatasında çıxışı zamanı deyib.
“Hazırda Ukrayna büdcəsi yetərli miqyasda deyil, lakin onlar bəzi hərbi vasitələri özləri almalıdırlar. Biz onların öz müdafiə xərclərini planlaşdırmağa başlamalarına nail olmalıyıq”, – o bildirib.
Konqresmenlərin Kiyevə tədarük edilən silahlar üzərində nəzarətin təmini məsələsi ilə bağlı suallarına Uoallander ABŞ-ın indiyə qədər Ukraynaya verilən silahların başqa əllərə keçmədiyini deyərək cavab verib.
İlkin Həsənov
Globalinfo.az