ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkə ərazisindəki bütün hava limanlarından uçuşlara icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə idarənin bildirişində deyilir.
“Bütün ölkə üzrə təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib”, – sənəddə qeyd olunub.
Məhdudiyyətlər dörd saatdan çox qüvvədə qalıb, bu müddət ərzində 5 117 reys ləğv edilib, 9 814 reys gecikdirilib. Qadağa 1,5 milyona yaxın aviasərnişinə toxunub.