TƏCİLİ! Vaqnerçilərlə rus əsgərləri arasında toqquşma – VİDEO

Rostov-Moskva yolunda paytaxta doğru hərəkət edən “Vaqner” birləşməsinin üzvlərilə rus ordusunun əsgərləri arasında toqquşmanın olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, rus əsgərlərinin silahlarını və texnikalarını ataraq qaçdıqları deyilir.

Birləşmənin rəhbəri Yevgeni Priqojin Moskvaya doğru hərəkət etdiklərini, qarşılarında duran hər kəsi məhv edəcəklərini bildirib. O, təslim olanların öldürülməyəcəyini deyib.

Rostov sakinlərinin təxliyə edildiyi iddia olunur.

Paralel olaraq Kursk vilayətində partlayışların baş verməsilə bağlı görüntülər yayılıb:

Qeyd edək ki, Priqojin Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in mövqelərinə raket zərbəsi endirdiyini iddia edib və bu barədə video və səs yazıları yayımlayıb.

Rusiya MN onun iddialarını təkzib edib. Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Priqojin barəsində Cinayət Məcəlləsinin 279-cu maddəsi (silahlı üsyana çağırış) ilə cinayət işi açıldığını elan edib və “Vaqner” döyüşçülərini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb.

Ayşən Mustafa
Globalinfo.az