1920x1080 cmsv2 9cc7ff7c b90e 5358 96a8 884107353832 8965238

Paliseyds və İton bölgəsində baş verən yanğınlar səbəbi ilə Los-Anceles vilayətində təxliyə əmrləri son bir neçə gündə azalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin şerifi Robert Luna bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, təxminən 105 min insan təxliyə oluna bilər. O deyib ki, daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib.

Los-Anceles vilayəti Yanğınsöndürmə İdarəsinin rəisi Entoni Maron bölgədə yanğın təhlükəsinin yüksək olaraq qaldığını açıqlayıb.

Hazırda 56 kvadratkilometr ərazini əhatə edən İton bölgəsindəki yanğının 15 faizi lokallaşdırılıb. 97 kvadratkilometr ərazini əhatə edən Paliseyds bölgəsindəki yanğının isə 11 faizini lokallaşdırmaq mümkün olub.

Paylaş: