1709473418145390696465e47e8a0b0c0

Rusiya hökuməti Almaniya ilə hərbi-texniki əməkdaşlıq sahəsində imzalanmış sazişə rəsmi şəkildə xitam verib.

Globalinfo.az xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustinin imzaladığı sərəncam 2025-ci il iyulun 18-də dərc olunub.

Sərəncamda Rusiya Xarici İşlər Nazirliyinə bu qərarla bağlı alman tərəfini məlumatlandırmaq tapşırılıb.

Qərar Almaniyanın Ukraynaya dəstəyinin gücləndiyi bir dövrdə verilib. Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyinin koordinasiya qrupunun rəhbəri Kristian Freydinqin sözlərinə görə, Ukrayna ordusu iyulun sonunadək Berlinlə birgə təşəbbüs çərçivəsində ilk uzaqmənzilli sistemləri əldə edəcək.

Məlumata görə, bu silah sistemi ilə bağlı saziş Almaniya tərəfindən maliyyələşdirilib və bir gün əvvəl imzalanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: