ABŞ bölünəcək, prezident bu şəxs olacaq… – Medvedevdən 2023-cü il haqda qorxulu proqnozlar

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yenidən maraqlı iddiaları ilə gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, Medvedev 2023-cü illə bağlı maraqlı proqnozlar səsləndirib.

Eks-prezidentin fikrincə, gələn il Britaniya Avropa Birliyinə qayıda bilər. O bunun Avropa Birliyinin süqutunu sürətləndirəcəyini iddia edib.

Medvedev həmçinin gələn il ABŞ-də vətəndaş müharibəsinin yaşana biləcəyini deyib. O bunun sayəsində Kaliforniya və Texasın ABŞ-dən ayrılacağını, İlon Maskın respublikaçıların çoxluq təşkil etdiyi ştatların prezidenti olacağını bildirib.

Rusiyalı siyasətçiyə görə, Almaniyada dördüncü Reyx yaradıla və nəticədə Avropada Fransa-Almaniya savaşı başlaya bilər. O həmçinin gələn il ərzində Avropanın, Polşanın bölünməsini, Şimali İrlandiyanın Britaniyadan ayrılaraq İrlandiyaya birləşməsini proqnozlaşdırıb.

Zaira Akifqızı
Globalinfo.az