“İranda müşahidə olunan gərgin vəziyyət Ermənistan üçün narahatedicidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Tiqran Abrahamyan deyib.
O, İranın Ermənistan üçün sadəcə qonşu dövlət olmadığını bildirib:
“Bizim onlarla isti dostluq münasibətlərimiz var. Ümumiyyətlə, Ermənistanın cənubundakı hər hansı bir qeyri-sabitlik kövrək regional sabitliyə və təhlükəsizliyə zərər verə bilər. Həmrəylik və daxili sabitlik əvəzinə, vəziyyəti daha da gərginləşdirəcək və dost ölkənin xalqının maraqlarını təhlükəyə atacaq hər hansı xarici müdaxilə qəbuledilməzdir”.
Əliyar Xəlil
Globalinfo.az