Amerikalı iş adamı İlon Maskın sərvəti cəmi bir gün ərzində 39,7 milyard dollar artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin milyarderlər indeksində məlumat yer alıb.
Mask hazırda reytinqdə birinci pillədə qərarlaşıb.
Məlumata görə, son 24 saat ərzində onun sərvəti 4,8 faiz artaraq 859 milyard dollara çatıb.
Buna “Tesla” və “SpaceX” şirkətlərinin səhmlərinin bahalaşması təsir edib. Belə ki, noyabrın 27-də “Tesla”nın səhmləri 5,22 faiz artaraq 400 dollara, “SpaceX”in “Nasdaq” birjasında ticarət olunan səhmləri isə 4,83 faiz bahalaşaraq 133,59 dollara yüksəlib.
Qeyd edək ki, oktyabrın 6-da İlon Maskın sərvətinin 1 trilyon dolları keçdiyi bildirilmişdi. Həmin dövrdə “Tesla” və “SpaceX” səhmlərinin bahalaşması, eləcə də 2026-cı ilin üçüncü rübündə “Tesla”nın tədarük həcminin artması Maskın aktivlərinin ümumi dəyərinin yüksəlməsinə səbəb olmuşdu.
Əliyar Xəlil