2028-ci il türk dünyasında görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə həsr ediləcək.

Globalinfo.az xəbər verir ki, bununla bağlı qərar Özbəkistanın Əndican şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının iclasında qəbul edilib.

Qərara əsasən, yubiley ili çərçivəsində TÜRKSOY tərəfindən birgə mədəni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Təşkilatın baş katibi Sultan Rayev daha əvvəl qurumun Çingiz Aytmatovun ədəbi irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində təşəbbüslərə dəstək verəcəyini açıqlamışdı.

Qeyd edək ki, Qırğızıstanda da 2028-ci il “Çingiz Aytmatov ili” elan olunub. Bununla bağlı fərman ölkə Prezidenti Sadır Japarov tərəfindən 2025-ci ilin oktyabrında, yazıçının anadan olmasının 100 illiyi münasibətilə imzalanıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: