zelenski 1 900x573 9

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün təhlükəsizlik təminatlarının bir neçə mühüm komponentdən ibarət olduğunu bildirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Zelenski BBC-yə müsahibəsində təhlükəsizlik təminatlarına Avropa İttifaqına üzvlük, güclü ordu və ölkənin bərpasının maliyyələşdirilməsinin daxil olduğunu deyib.

Onun sözlərinə görə, təhlükəsizlik təminatları atəşkəs və bununla bağlı razılaşma ilə birlikdə nəzərdən keçirilməlidir və NATO-ya bənzər mexanizm olmalıdır.

“Əgər Rusiya yenidən təcavüzə keçərsə, bəzi tərəfdaşlarımızın buna reaksiya verəcəyini dəqiq bilməliyik. Lakin onların necə reaksiya verəcəyi məlum deyil. Mənim üçün təhlükəsizlik təminatlarından danışarkən hər şey aydın olmalıdır”, – Zelenski bildirib.

O qeyd edib ki, söhbət konkret mexanizmlərdən, o cümlədən sülh nizamlanması zamanı neçə ölkənin və neçə hərbçinin Ukrayna ərazisində yerləşdiriləcəyindən gedir.

Paylaş: