Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan birgə müdafiə sazişini – “Məkkə paktı”nı təsdiqləyən fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu ilin avqustunda tərəflər arasında imzalanan və noyabrın 5-də Türkiyə parlamenti tərəfindən təsdiqlənən sənəd müdafiə xarakteri daşıyır.
Razılaşmaya əsasən iştirakçı ölkələrdən biri silahlı hücuma məruz qalacağı təqdirdə digər tərəflər ona yardım göstərməlidir.
“Reuters” agentliyinin məlumatına görə, Türkiyənin sazişi ratifikasiya etməsi Ankaraya Yəməndəki husilərin hücumlarından müdafiə olunmaq üçün Ər-Riyada birbaşa hərbi yardım göstərmək imkanı yaradır.
Bundan əvvəl Türkiyədə hakim partiyanın nümayəndəsi bildirib ki, imzalanan paktın şərtlərinə uyğun olaraq Türkiyə hərbçilərinin Səudiyyə Ərəbistanına göndərilməsi üçün parlamentə ayrıca mandat verilməsi barədə müraciət təqdim olunub.
Əliyar Xəlil