Rəsmən savaş elan edildi: Çinlə “qızıl era” bitdi

Çinlə münasibətlərdə “qızıl era” sona çatır.

Globalinfo.az xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, Pekin tərəfindən Britaniyanın maraqları və dəyərlərinə sistemli çağırış hər keçən gün bir qədər də sərtləşir. O, Britaniyanın Çinə münasibətinin dəyişməli olduğunu bildirib. Sunak Çinin qlobal təsir uğrunda düşünülmüş şəkildə mübarizə apardığını və bunun üçün dövlətin bütün rıçaqlarından yararlandığını söyləyib:

“Gəlin aydınlaşdıraq: “Qızıl era” ticarətin sosial və siyasi reformlara gətirib çıxaracağı sadəlövh ideya kimi başa çatdı. Britaniya mənim rəhbərliyim altında status-kvonu seçməyəcək və beynəlxalq rəqiblərinə qarşı sərt praqmatizm əsasında müqavimət göstərəcək”.

İlkin
Globalinfo.az