Baş nazir Nikol Paşinyan konstitusiya referendumunun keçirilməsi layihəsini hazırki parlamentdən keçirə bilməyəcək.
Globalinfo.Az xəbər verir ki, bu sözləri Ermənistanın “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib.
“Açığı desəm, hazırda referendum keçirilməsi perspektivi görünmür. Erkən seçki ehtimalı mümkün görünür. Parlament müxalifətinin öz səslərini verməyəcəklərinə inanıram. Bu, Vanadzor meri seçkisi deyil ki, qapalı səsvermədə mandatları oğurlasınlar. Açıq səsvermə olacaq”, – deyə o bildirib.
Edmon Marukyan bildirib ki, burada söhbət bir və ya iki səsdən getmir. Lazım olan səs sayının altı olduğu nəzərə alındıqda bu ehtimal yüksək görünmür.
Əliyar Xəlil,