%C9%99hali 153

Noyabrın 27-də gecə saatlarında Yer kürəsində maqnit fırtınasının baş verəcəyi proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasını məlumat yayıb.

Alimlərin proqnozuna əsasən, geomaqnit aktivliyi Moskva vaxtı ilə gecə saat 00:00-da G1 səviyyəsinə çatacaq. Bu, zəif intensivlikli maqnit fırtınası hesab olunur.

Saat 03:00 radələrində aktivliyin qısa müddətə azalacağı və maqnitosferin həyəcanlı vəziyyətə keçəcəyi gözlənilir. Lakin bu sakitlik uzun çəkməyəcək.

Proqnoza görə, Bakı vaxtı ilə saat 07:00-da geomaqnit pozuntuları yenidən G1 səviyyəsinə yüksələcək. Maqnit fırtınasının bu mərhələsinin təxminən üç saat davam edəcəyi, daha sonra isə maqnitosferin sakit vəziyyətə qayıdacağı bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: