orxan kengerli

Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan tanınmış vəkil Orxan Kəngərlinin barəsindəki həbs qətimkan tədbiri qərarından verilən şikayətə baxılıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, vəkilin müraciətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar çıxarılıb, O.Kəngərlinin şikayəti təmin olunmayıb. Vəkil həbsdə saxlanılıb.

Xatırladaq ki, Orxan Kəngərli noyabr 19-da saxlanılıb, istintaq orqanının təqdimatı əsasında barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, vəkil Orxan Kəngərli “Alyans” vəkil bürosunun müdiridir.

Paylaş: