Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) mövqeyi Rusiya üçün Qazaxıstanla bağlı riskləri də idarə etmək baxımından əhəmiyyətli vasitədir.
Globalinfo.az xəbər verir ki, bu fikri erməni siyasi şərhçi Akop Bədəlyan səsləndirib.
Bədəlyan Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyanla təmaslarına diqqət çəkib:
“Paşinyanın Moskvaya səfərindən bir qədər əvvəl Tokayevin də Rusiyanın paytaxtına getməsi diqqət çəkən məqamdır. Postsovet ölkələrinin rəhbərləri arasında Moskvaya ən çox səfər edənlər, ehtimal ki, məhz Paşinyan və Tokayevdir.
Tokayevin səfərinin rəsmi səbəbi süni intellekt mövzusunda konfransda iştirak olsa da, əsas məqam onun Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşdür”.
Badalyan daha əvvəl də Ermənistan məsələsinin Aİİ çərçivəsində Moskva üçün Qazaxıstanla bağlı çağırışları və riskləri idarə etmək vasitəsi olduğunu vurğuladığını xatırladıb:
“Putinin Paşinyanla görüşündən bir neçə gün əvvəl Tokayevlə Moskvada danışıqlar aparması təsadüfi məqam kimi qiymətləndirilməməlidir”.
Safura Bənnayeva
Globalinfo.az