
“Rusiya Ukrayna ilə müharibədən daha geniş geosiyasi hədəflər güdür və Avropanın müxtəlif bölgələrində gərginliyi artırır”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Rusiya öz məqsədlərini yaxşı bilir və onun hədəfləri yalnız Ukrayna ilə məhdudlaşmır”, – deyə kansler vurğulayıb.
Onun sözlərinə görə, Moskva Baltikyanı regionda, Polşada, Qara dəniz hövzəsində, hətta kosmosda da gərginliyin artmasına səbəb olan addımlar atır:
“Bütün bunlar geniş miqyasda baş verir. Hətta öz sərhədlərimiz daxilində və insan həyatı bahasına. Buna görə də biz avropalılar Rusiya üçün aydın sərhədlər müəyyən etməliyik və bunu edəcəyik”.
Safura Bənnayeva
Globalinfo.az