“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb və hazırlıqlar gedir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz səfərə hazırlaşırıq, bu barədə əvvəlcədən razılaşdırılmışdı. Əlavə açıqlama verəcəyik”,- deyə qeyd edib.
Paşinyan əvvəllər elan etmişdi ki, əvvəlcədən razılaşdırıldığı kimi, onun Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.
Safura Bənnayeva
Globalinfo.az